NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ GİMNAZİYADA  2025-Cİ İLİN UĞURLARI
10.04.2026 235 baxış

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ GİMNAZİYADA 2025-Cİ İLİN UĞURLARI

2025-ci ildə Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın əldə etdiyi əsas nailiyyətlər:

1.     2025-ci ildə Gimnaziyanı bitirən 36 məzunun hər biri yüksək nəticə ilə ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Məzunlardan 23 nəfər fərqlənmə attestatı almışdır.
22 nəfər 250-dən yuxarı, 34 nəfər isə 215-dən yuxarı bal toplamış, məzunların ümumi bal ortalaması 251 bal olmuşdur.

2.     Dövlət İmtahan Mərkəzi tərəfindən 27 aprel 2025-ci il tarixində keçirilən IX sinif buraxılış imtahanında şagirdlərimiz növbəti dəfə yüksək nəticələrə imza atmışdır.
İmtahanda iştirak edən 61 şagirddən:1 nəfər – Rüqayyə Hüseynli – 300 bal toplayaraq Naxçıvan birincisi olmuşdur; 48 nəfər 250–300 bal intervalında; 10 nəfər 200–250 bal intervalında; 3 nəfər isə 100–200 bal intervalında nəticə göstərmişdir. Ümumilikdə 47 nəfər şagird fərqlənmə attestatına layiq görülmüşdür.

3.     Şagirdlərimiz Akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş kimya-biologiya olimpiadasında kimya fənni üzrə:2 nəfər III yer, 3 nəfər həvəsləndirici mükafat qazanmışdır.

4.     Respublika Fənn Müsabiqəsində: Riyaziyyat fənni üzrə 11 nəfər, Təbiət fənni üzrə 9 nəfər, İnformatika fənni üzrə 4 nəfər şagird uğur qazanmışdır.

5.     Şagirdlərimiz keçirilən SASMO beynəlxalq olimpiadasında uğurla iştirak edərək: 3 nəfər gümüş medal,3 nəfər bürünc medal, 2 nəfər fəxri ad əldə etmişdir.

6.     Gimnaziyanın şagirdləri Nəsrəddin Tusi adına II Fizika–Riyaziyyat Olimpiadasında:1 nəfər I yer, 1 nəfər II yer, 2 nəfər III yer tutaraq qalib olmuşdur.

7.     2025-ci il 22 iyun tarixində keçirilən gimnaziyaya qəbul imtahanının nəticələrinə əsasən 60 şagird VI sinfə qəbul olunmuşdur.

8.     Şagirdlərimiz AMO beynəlxalq olimpiadasında uğurla iştirak edərək aşağıdakı nəticələri əldə etmişlər:1 nəfər qızıl medal (VI sinif); 4 nəfər gümüş medal (2 nəfər VI sinif, 1 nəfər VII sinif, 1 nəfər X sinif); 11 nəfər bürünc medal (4 nəfər VI sinif, 3 nəfər VII sinif, 2 nəfər X sinif, 1 nəfər XI sinif), 5 nəfər sertifikat (2 nəfər VI sinif, 3 nəfər VII sinif).

9.     Bununla yanaşı, Nəsrəddin Tusi adına III Fizika–Riyaziyyat və İnformatika Olimpiadasının final turunda şagirdlərimiz: 1 nəfər I yer, 2 nəfər II yer qazanmışdır.

10.  Gimnaziyada Naxçıvanda ilk dəfə olaraq Şagird Elmi Cəmiyyəti yaradılmışdır.

11.  Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın XI sinif şagirdi Hüseyn Tahirovun müəllifi olduğu “BioScript” adlı innovativ kompüter proqramı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmış, əsərə görə Naxçıvan Dövlət Universitetinə və müəllifə müstəsna hüququ təsdiq edən Şəhadətnamə təqdim edilmişdir.

Paylaş: